"Qızıl Top" mükafatına ən gözlənilməz futbolçulara səs verən ölkələrin jurnalistləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, əksər jurnalistlər Usman Dembeleni birinci yerə layiq görsə də, bəzilərinin seçimi tamamilə fərqli olub. Şotland jurnalist Skott Maktominayı hamıdan ən yaxşı seçib, Dembeleni ikinci, Mohamed Salahı üçüncü yerə qoyub. O, Maktominayı birinci pilləyə layiq görən yeganə jurnalist olub.
Misirli jurnalist də öz həmyerlisini — Mohamed Salahı "Qızıl Top"u qazanmasını istəyib. Onun seçimlərində ikinci yerdə U.Dembele, üçüncü yerdə Kilian Mbappe qərarlaşıb.
Əşrəf Hakimi də ölkəsinin media nümayəndəsi tərəfindən siyahıda birinci pilləyə layiq görülüb.
Albaniyalı jurnalist Besnik Dizdari "Qızıl Top"a namizədlər arasında Usman Dembeleni birinci yerə qoysa da, Kol Palmeri ikinci, Lamin Yamalı isə üçüncü pilləyə yerləşdirməsi maraq doğurub.



