Memfis Depay Niderland yığmasının tarixində ən çox qol vuran futbolçu olub.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı hücumçu ötən gün keçirilən Litva ilə matçda dubl edərək bu uğura imza atıb.

O, milli komandadakı qollarının sayını 52-yə çatdırıb.

Depay Van Persini (50) geridə qoyub.

Qeyd edək ki, təcrübəli futbolçu 2013-cü ildən "narıncılar"ın əsas komandasında çıxış edir. O, 104 oyunda bu rəqəmə çatmağı bacarıb.