Braziliya yığmasının sabiq futbolçusu Villian Borgesin yeni klubu bəlli olub.
Offsideplus.az xəbər verir ki, futbolçu "Qremio"nun formasını geyinəcək.
Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
37 yaşlı futbolçu ilə 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, karyerası ərzində “Çelsi”, “Arsenal” kimi klublarda çıxış edən futbolçunun son klubu "Fulhem"olub.



