"Gərgin oyun olacağını bilirdik”.
Offsideplus.az xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov səfərdə “Sumqayıt”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis matç haqqında fikirlərini bölüşüb: "Sumqayıt" çempionata çox yaxşı başlayıb. Bilirdik ki, komanda "Qarabağ"a qalib gələndən sonra inamlı oynayacaq. Biz də xal qazanmaq istəyirdik. Real epizodlar yalnız zərbələrdə idi. Hesab bərabərləşəndən sonra ən real epizodlar bizdə oldu. Milli fasilə olacaq. Daha yaxşı hazırlmalıyıq. Əlimizdə olan futbolçularla mübarizə aparacağıq”.
Qeyd edək ki, matçın 63-cü dəqiqəsində "Şamaxı"nın futbolçusu Rikardo Apolinario avtoqola imza atıb. 75-ci dəqiqədə isə Edqar Adilxanov bərabərlik qolunu vurub.



