"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Rumıniya mətbuatına açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, digisport.ro saytına danışan rumın mütəxəssis "ağ-qaralar"da nə qədər qazandığını da açıqlayıb:

O, "ağ-qaralar"a illik 700 min avro məvacibə imza atıb. Bu məbləğin 200 mini onun köməkçilərinə çatıb.

Mutu "Neftçi"nin təklifini qəbul etməməyin çox çətin olduğunu bildirib. O, buna görə də "Rapid"dən ayrıldığına peşman olmadığını bildirib.

Rumın mütəxəssis deyib: "İmtina etmək çətin idi, mənim üçün çox böyük təklif idi".

Qeyd edək ki, A. Mutu 2023-cü ilin yayında Buxarest "Rapid"indən ayrılaraq "Neftçi"nin başına keçmişdi. Onun Bakı təmsilçisində işi cəmi 6 ay çəkib. Onun komandası 23 oyunun yalnız 10-da qələbə qazanmağı bacarıb.