"Qalatasaray" Alvaro Moratanın komandadan ayrıldığını rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" ispaniyalı hücumçunun gedişindən 5 milyon avro qazanacaq. Təcrübəli futbolçu həmçinin 651 min 562 avro alacağından imtina edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Morata yenidən İtaliyaya qayıdacaq. O, karyerasını "Komo"da davam etdirəcək.