Bu yay "Bayern Münhen"dən ayrılan Tomas Müllerin yeni klubu məlum olmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, almaniyalı futbolçu karyerasın ABŞ-da davam etdirəcək. O, "Vankuver Vaytkeps"lə razılığa gəlməyə yaxındır.

Bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

T. Müller futbol karyerasında ilk dəfə "Bayern Münhen"dən başqa bir klubun formasını geyinəcək.

35 yaşlı hücumçu Münhen klubunun tarixində ən çox oyuna çıxan futbolçudur. O, Almaniya yığmasının heyətində 131 oyuna çıxıb və 45 qol vurmağı bacarıb.