"Trabzonspor"a transferi son anda baş tutmayan Saul Niqesin yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, ispaniyalı futbolçu Braziliyaya yollanacaq. O, "Flamenqo" ilə razılığa gəlib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 3.5 illik müqavilə imzalayacaq. Onun sabah Rio de Janeyroda olacağı gözlənilir.
Qeyd edək ki, "Flamenqo"nun baş məşqçisi Filipe Luis Saulun "Atletiko"dan sabiq komanda yoldaşıdır. Onlar 2015-19-cu illər arasında birlikdə Madrid klubunda çıxış ediblər.



