"Real Madrid"in futbolçusu Vinisius Juniora Səudiyyə Ərəbistanından astronomik təklif gəlib.
Offsideplus.az xəbər verir ki, təklifə görə braziliyalı oyunçu illik 200 milyon avro qazana bilər. O, müqavilənin müddəti boyunca ümumilikdə 1 milyard avro qazanacaq. Bu keçid baş tutsa, "Real Madrid" də bu transferdən 300 milyon əldə edəcək.
Bu barədə jurnalist Ben Jacobs məlumat yayıb.
Vinisiusun "kral klubu" ilə sözləşməsi 2027-ci ilin yayında bitir. Tərəflər hazırda müqavilə uzatmaq üçün razılığa gələ bilmir. Braziliyalı illik 30 milyon maaş tələb edir. Lakin Madrid təmsilçisi bu məbləği ödəməyi düşünmür.
O, 7 illik "Real Madrid" karyerası ərzində 322 oyunda meydana çıxıb və 106 qol vurub.



