"Liverpul"un müdafiəçisi İbrahima Konate "Real Madrid"ə transfer olmağı arzulayır.

Offsideplus.az xəbər verir ki, Mersisayd klubu müqaviləsi gələn ilin yayında bitəcək fransalı futbolçu üçün Madrid klubundan 50 milyon avro tələb edir. "Kral klubu" isə maksimum 20 milyon təklif edir. 

Onlar həm də Konateni gələn ilə qədər gözləyib azad agent kimi də heyətinə qatmağı planlaşdırır.

Bu barədə "AS" nəşri məlumat yayıb.

Konate 2021-ci ildən "Liverpul"da çıxış edir. O, "qırmızılar"ın heyətində 132 oyuna çıxıb və 5 qol vurub.