"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşa yığmasından dəvət alıb.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı çərçivə qoruyucusu ikinci dəfə milli komandasının təlim-məşq toplanışına qatılacaq. O, hələ yığmanın heyətində debüt edə bilməyib.
Polşa iyun ayında Moldova ilə yoldaşlıq qarşılaşmasında, Finlandiya yığması ilə isə Dünya Çempionatının seçmə mərhələsi oyununda üz-üzə gələcək.
Koxalski ötən ilin yayında "Qarabağ"a transfer olub. O, cari mövsüm 31 oyunda qapıda durub. Polyak qapıçı bu görüşlərin 13-də qapısını toxunulmaz saxlamağı bacarıb.



