39 yaşlı yarımmüdafiəçi Luka Modriç bu yay Madrid "Real"ını tərk etdikdən sonra "İnter Mayami" klubuna qoşula bilər.

Offsideplus.az  "Mundo Deportivo"ya istinadən xəbər verir ki, xorvatiyalı futbolçu ilə bir mövsümlük müqavilə imzalanacaq. Bildirilir ki, daha əvvəl "İnter Mayami"nin hücumçusu Lionel Messi klub rəhbərliyindən Modriçin transferini xahiş edib.

Bu mövsüm 39 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 55 oyunda iştirak edib, 4 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 5 milyon avrodur.