Kriştiano Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundakı karyerasını başa vuraraq peşəkar futbolda ilk addımlarını atdığı "Sportinq"ə qayıda bilər.

Offsideplus.az xəbər verir ki, Portuqaliya mediasında bu xəbər əsas müzakirə olunan mövzudur. Mümkün transfer Viktor Gyökeresin "Sportinq"dən ayrılacağı ehtimalı fonunda baş verə bilər. İsveçli hücumçunun gedişi komandanın ön xəttində boşluq yarada bilər Ronaldo bu mövqeyi doldura biləcək ideal namizəd hesab olunur.

Bu transfer 39 yaşlı superulduz üçün karyerasını başladığı məkanda tamamlamaq imkanı yarada bilər. Yaşına baxmayaraq, Ronaldo hələ yüksək səviyyədə çıxış etməyə qadirdir – o, bu mövsüm 33 qol vurub 4 assistlə yadda qalıb. Bu addım həm ona daha rəqabətli mühitdə oynamaqla qarşıdan gələn Dünya Çempionatına daha yaxşı hazırlaşmaq imkanı verə bilər.