İtaliyanın köklü klublarından olan "Sampdoriya" 3-cü liqaya yuvarlanıb.

Offsideplus.az xəbər verir ki, "Yuve Stabiya" səfərindən qolsuz heç-heçə ayrılan ilə Genuya təmsilçisi liqanı tərk etməli olub.

Onlar yekunda 41 xalla 18-ci yeri tutublar.

Xatırladaq ki, mövsümün əvvəlində komandaya Andrea Pirlo başçılıq edirdi. Lakin uğursuz nəticələrə görə onu vəzifəsinə son verilmişdi.

Əlavə edək ki, "Sampdoriya" 1991-ci ildə İtaliya çempionu olub. Növbəti ildə isə o vaxtkı adı ilə Çempionlar Kubokunun finalında "Barselona"ya məğlub olmuşdu.

Canluka Vialli, Roberto Mançini, Sinişa Mihayloviç, Canluka Palyuka, Klarens Zeedorf kimi bir çox əfsanə futbolçu bu komandada çıxış edib.