Yurgen Kloppun meneceri almaniyalı mütəxəssisin "Real"a və ya Braziliya yığmasına gedəcəyi barədə xəbərlərə cavab verib.

Offsideplus.az xəbər verir ki, o, təcrübəli baş məşqçinin hazırki vəzifəsində xoşbəxt olduğunu bildirib:

"Klopp "Red Bull"dakı vəzifəsindən məmnundur. Bütün diqqətini ora ayırıb və işində xoşbəxtdir".

Xatırladaq ki, ötən günlərdə xarici mətbuatda Kloppun "Red Bull"dan ayrılıb "Real"a keçə biləcəyi yazılmışdı.