Bu gün Azərbaycan Premyer Liqasında VI tura start verilib.

Offsideplus.az  xəbər verir ki, açılış oyunu "Bakcell Arena"da "Neftçi" və "Səbail" arasında keçirilib.  "Neftçi" 4:0 hesabı ilə qalib gəlib.
 
"Qarabağ" isə səfərdə Premyer Liqanın debütantı "Sabah"la üz-üzə gəlib və 2:0 hesabı ilə qalib gəlib. 
 
Azərbaycan Premyer Liqası, VI tur
29 sentyabr (şənbə)
 
18:55. "Neftçi” – "Səbail" 4:0
Qol: Dario Frederiko, 7.  Baqali Dabo, 25, Dario Federiko, 42, Baqali Dabo, 69
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ramil Əhmədov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"Bakcell Arena”
 
20:50. "Sabah” – "Qarabağ” 0:2
Qollar: Miçel, 82, İnnosent Emeqara, 89
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Murad Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
"Əlincə Arena”.