"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın 38-ci turunun matçında "Bornmut" üzərində qazanılan qələbəni (2:1) şərh edib.

Offsideplus.az xəbər verir ki, bu barədə o, BBC-yə açıqlama verib:

“Biz çox yaxşı formada olan və hazırlaşmaq üçün bir həftəsi olan komandaya qarşı oynadıq. Düşünürəm ki, daha çox qol vurmaq şansımız oldu. Mövsümün sonu seriyamızdan çox razıyam. Bu, oyunçular üçün bir motivasiyadır və biz belə oynamalıyıq.

Avrokuboklara qatılmağımız? "Çelsi" kimi tarixi olan klubun bu nailiyyəti qeyd etməsi düzgün olmaz, lakin bu, daha böyük hədəflərə çatmaq üçün ilk addımdır. Biz çox buna yaxınıq".