Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, ikinci oyun günündə 1 qarşılaşma keçiriləcək. "Səbail" öz meydanında "Zirə"ni qəbul edib. Bu Samir Abasovun "Zirə"nin baş məşqçisi kimi ilk oyunu olub. Görüş 1:1 hesablı bərabərliklə sona çatıb.

Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası


IV tur

15 sentyabr (şənbə)

20:30. "Səbail” - "Zirə” 1:1

Qollar: Pərdis-Fərcad Azad, 68-pen (0:1), Rahid Əmirquliyev, 84 (1:1)
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
“Bayıl Arena”

16 sentyabr (bazar)

19:00. "Sabah” - "Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Elşad Abdullayev, Rəvan Həmzəzadə
“Əlincə Arena”

21:00. "Neftçi” - "Keşlə”
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Elman Kərimov, İnqilab Məmmədov
"Bakcell Arena”

14 sentyabr (cümə)

"Qarabağ” - "Sumqayıt” - 1:0 
Qol: Ozobiç, 21-pen