Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

1. AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin strukturu dəyişdirilib.
- Avstriyalı mütəxəssis, sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı Fritz Stuchlik yeni strukturun rəhbəri təyin olunub.
- Yeni struktur Hakimlər və Hakim-İnspektorlar Komitəsi adı altında fəaliyyət göstərəcək.
- Hakimlər və Hakim-İnspektorlar Komitəsi birbaşa AFFA-nın İcraiyyə Komitəsinə tabedir və rübdə 1 dəfə İcraiyyə Komitəsinin üzvlərinə hesabat xarakterli məruzə ediləcək.
- Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi komitə rəhbərliyinə həvalə olunub.
 
2. Klubların lisenziyalaşdırılması prosesi ilə bağlı aşağıdakı təklif qəbul olunub:
- Əvəzedici komandanın yarışlarda iştirakı meyarı «A» dərəcədən «B» dərəcəli meyara keçirilib.  Meyarın tələbini yerinə yetiriməyən klublara cərimə tətbiq olunacaq.