Bugün Azərbaycan Premyer Liqasında 4-cü tura start veriləcək.

Offsideplus.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək. "Qarabağ" öz meydanında "Sumqayıtı qəbul edəcək.

Bu oyundaa əslində "Qarabağ" qonaq olmalı idi. Lakin “Qarabağ” Avropa Liqasının qrup mərhələsində "Sportinq”ə qarşı matça daha yaxşı hazırlaşmaq və mümkün zədə riskini azaltmaq üçün "Sumqayıt”la matçın təbii örütüklü "Azersun Arena”da keçirilməsini Peşəkar Futbol Liqasından xahiş etdi və müsbət cavab aldı. 

Qeyd edək ki, turun digər oyunları sabah və bazar günü keçiriləcək.


Azərbaycan Premyer Liqası

IV tur

14 sentyabr (cümə)

20:00. "Qarabağ” - "Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, Orxan Məmmədov
"Azersun Arena”

15 sentyabr (şənbə)

20:30. "Səbail” - "Zirə”
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
“Bayıl Arena”

16 sentyabr (bazar)

19:00. "Sabah” - "Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Elşad Abdullayev, Rəvan Həmzəzadə
“Əlincə Arena”

21:00. "Neftçi” - "Keşlə”
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Elman Kərimov, İnqilab Məmmədov