“Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerrye İtaliya A seriyasının klublarından birinə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Haiti millisinin üzvü özünün "İnstaqram" səhifəsi vasitəsilə bu xəbərləri təkzib edib. O, Ağdam klubunda qalacağını bildirib:
“İtaliya klubunda oynamaq üçün “Qarabağ”ı tərk edəcəyimi yazırlar. Lakin bu, düzgün informasiya deyil. Mənim klubumla daha bir illik müqaviləm var. "Qarabağ"dan getmirəm”.
|
Qeyd edək ki, Donald Gerrye ötən ilin yayından “Qarabağ”ın şərəfini qoruyur. Onun A seriyası klublarından biri ilə razılığa gəlmək üzrə olduğu bildirilirdi. |



