Boliviya Futbol Federasiyasının prezidenti Markos Rodriqes saxlanılıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 


Rodriqes, Boliviya milli komandasının Ekvadorla matçını (2:3) izləyən zaman stadionda polis tərəfindən saxlanılıb.


Bu ilin yayından Boliviya futboluna rəhbərlik etməyə başlayan Rodriqes, korrupsiyada ittiham olunur.