Xulian Alvares işindən sonra FIFA klublar və futbolçular arasındakı müqavilələrin ləğvi qaydalarında mühüm yeniliklər tətbiq etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, yeni qaydalar 1 yanvar 2027-ci ildən etibarən qüvvəyə minəcək.
Dəyişikliklərin əsas məqsədi klubların və ya oyunçuların gedişlərinə mane olmaq üçün şişirdilmiş kompensasiya tələblərindən istifadə etməsinin qarşısını almaqdır:
- Sərbəstqalma bəndi: Əgər müqavilədə sərbəstqalma bəndi mövcuddursa, kompensasiya məbləği adətən həmin rəqəm əsasında hesablanacaq (əgər həddindən artıq və ya ədalətsiz hesab edilməsə).
- Sərbəstqalma bəndi olmadıqda: Kompensasiya fərdi qaydada hesablanacaq; bu zaman müqavilənin qalan müddəti, ödənilməmiş maaşlar, futbolçunun dəyəri, potensial transfer itkiləri və əvəzetmə xərcləri kimi amillər nəzərə alınacaq.
Tətbiq olunacaq yeniliklər müqavilə mübahisələrini daha şəffaf, obyektiv və proqnozlaşdırıla bilən etmək üçün nəzərdə tutulub.


