"Real Madrid"in hücumçusu Kilian Mbappe həmyerlisi Usman Dembelenin ondan əvvəl "Qızıl Top" mükafatına layiq görülməsi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, o, onların futbol yolundakı fərqli trayektoriyalara diqqət çəkib:
"O, həmişə çox istedadlı oyunçu kimi görünürdü, mən isə həmişə SEÇİLMİŞ ŞƏXS kimi qəbul olunurdum. Karyeramın çox erkən dövründə ən yüksək səviyyəyə çatdım."
Mbappe həkarının keçdiyi çətinliklərə də toxunub:
"Onun yolu fərqli idi. Zədələri və çətin anları oldu, lakin o, inanılmaz şəkildə geri qayıdış etdi."


