Vaqif Cavadov "Tvente"nin Bakıdakı düşərgəsində olub.

Offsideplus.az xəbər verir ki, futbol üzrə Azərbaycanın U-20 millisinin köməkçi məşqçisi keçmiş komandasına baş çəkib.

37 yaşlı mütəxəssis "Qarabağ"la UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi Enshede təmsilçisinin məskunlaşdığı hotelə yollanaraq sabiq komanda yoldaşları və klub rəsmiləri ilə görüşüb.

Qeyd edək ki, Cavadov 2010/2011 mövsümündə "Tvente"nin şərəfini qoruyub.

Niderlanddakı ilk matçda 1:0 hesablı qələbə qazanan "Qarabağ" cavab qarşılaşmasına avqustun 27-si, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq.