“Tottenhem”in qapıçısı Quliyelmo Vikario böyük ehtimalla icarə əsasında “Yuventus”a keçəcək.

Offsideplus.az talkSPORT" portalına istinadən xəbər verir ki, Turin təmsilçisi “Aston Villa”dan Emiliano Martinesi transfer etmək fikrindən daşındıqdan sonra italiyalı qolkiperin keçidi ilə bağlı danışıqları sürətləndirib.

Xəbərdə bildirilir ki, bu yay "Yuventus"un əsas qapıçı postuna namizəd kimi baxılan 29 yaşlı oyunçu üçün London təmsilçisi əvvəlcə satınalma öhdəliyi olmayan icarə şərtləri ilə razılaşmayıb. Lakin daha sonra London klubu turinlilərin təxminən 8,5 milyon funt-sterlinqə satınalma bəndi daxil edilməklə təklif etdiyi icarə müqaviləsini qəbul edib.

Ötən mövsümün sonunda əsas heyətdəki yerini Antonin Kinskiyə itirən Vikarionun bu transfer pəncərəsində komandanı tərk edəcəyi gözlənilir.