Keçmiş "Mançester Yunayted"in yarımmüdafiəçisi Andrey Kançelskis Aleksey Batrakovun "Qalatasaray"a mümkün transferi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, bildirib ki, Batrakov "Qalatasaray"dan real təklif varsa, bu fürsəti dəyərləndirməlidir.

Onun sözlərinə görə, Türkiyə çempionatı yüksək rəqabətə malikdir və orada avrokuboklarda iştirak etmək gənc futbolçular üçün böyük inkişaf imkanları yaradır.

"Hazırda Türkiyə çempionatının liderləri heç bir çətinlik çəkmədən 'Zenit', 'Krasnodar' və 'Lokomotiv'i məğlub edə bilər. Onların aparıcı klublarında hər xəttdə güclü futbolçular var. Batrakov üçün bu, irəliyə doğru addım olacaq. Əgər real təklif varsa, təyyarəyə minib 'Qalatasaray'a getmək lazımdır. Üstəlik, 'Lokomotiv'in vəziyyəti heç də yaxşı deyil və onun satışı klubun maliyyə problemlərini həll etməyə kömək edəcək", – deyə Kançelskis vurğulayıb.