Azərbaycan millisində forma geyinmiş Anatoliy Nuriyev karyerasını Macarıstanda davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, "Kisvarda" klubu 30 yaşlı futbolçu ilə müqavilə imzalayıb. Bu barədə məlumatı klubun mətbuat xidməti açıqlayıb.
Azərbaycan millisində 19 oyun keçirən Nuriyev yığmanın heyətində 1 qola imza atıb. Son olaraq "Zirə"nin formasını geyinən yarımmüdafiəçi 2021-ci ildə Azərbaycan millisində debüt edib


