Mahir Emreli karyerasını Polşada davam etdirəcək..
Offsideplus.az xəbər verir ki, milli komandamızın üzvü "Rakuv" klubuna keçib.
O, yeni klubuna bir illik icarə əsasında qoşulub.
Bu, Mahirin birinci Polşa klubu deyil. O, legioner karyerasına da bu ölkədə - "Legiya"da (Varşava) başlayıb.
Qeyd edək ki, "Rakuv" ötən mövsümü Polşa çempionatında 4-cü pillədə bitirib.


