Futbol tarixinin ən yaxşı hücumameyilli yarımmüdafiəçilərinin siyahısı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, siyahı oyunçuların uğurları, texniki bacarıqları və ümumi oyun səviyyəsi əsasında hazırlanıb. 

Futbol tarixinin ən yaxşı 10 hücumameyilli yarımmüdafiəçisi

  1. Dieqo Maradona
  2. Zinəddin Zidan
  3. Mişel Platini
  4. Andres İnyesta
  5. Bobi Çarlton
  6. Kaka
  7. Johan Kruyff
  8. Kevin De Bruyne
  9. Ziko
  10. Mikael Laudrup

Siyahıya başçılıq edən Dieqo Maradona futbol tarixinin ən təsirli “10 nömrə”lərindən biri hesab olunur. Argentinalı əfsanə texnikası, driblinqi və oyun quruculuğu ilə fərqlənərək həm klub, həm də milli komanda səviyyəsində böyük iz qoyub.