Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun ulduzu Kriştiano Ronaldo zədələnib.

Offsideplus.az xəbər verir ki, onun zədəsinin gözləniləndən də ciddi olduğu bildirilib. 

“Əl-Nəsr” klubunun baş məşqçisi Jorje Jezus komandanın hücumçusu Kriştiano Ronaldonun zədəsi ilə bağlı açıqlama verib.

Portuqaliyalı mütəxəssis tibbi müayinələrdən sonra futbolçunun zədəsinin gözləniləndən daha ciddi olduğunu bildirib.

Jezusun sözlərinə görə, Ronaldo müalicə üçün İspaniyaya yollanacaq:

“Yoxlamalardan sonra gördük ki, Kriştiano Ronaldonun aldığı zədə gözlədiyimizdən daha ciddidir. O, zədə alan digər futbolçular kimi müalicə üçün İspaniyaya gedəcək. Ronaldonun zədəsi Madriddə şəxsi fizioterapevti ilə müalicə tələb edir. Ümid edirik ki, o, tezliklə sağalaraq komandaya kömək edəcək”

İlkin açıqlamaya əsasən, futbolçu 6-8 həftəlik müddətə sıradan çıxıb.