İran milli komandasının 2026-cı ildə keçiriləcək Dünya Çempionatı turnirində iştirak etməyəcəyi bildirildi.

Offsideplus.az xəbər verir ki, ABŞ-də təşkil olunacaq mundialla bağlı rəsmi Tehran sərt mövqe tutub və komandanın turnirə getməyəcəyini bildirib. İran tərəfi bunu FIFA-nın ABŞ ilə davam edən gərginlik fonunda qərəzli mövqe tutması ilə əlaqələndirir.

Məlumata əsasən, İspaniya da bu qərarı dəstəkləyərək turnirdən çəkilə bilər. Bildirilir ki, əgər İspaniya belə addım atsa, Almaniya da mundialı boykot etməyi nəzərdən keçirəcək.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək.