Azərbaycan Basketbol Liqasında (ABL) XVIII turun növbəti görüşü bu gün baş tutub.

Offsideplus.az xəbər verir ki, "Naxçıvan" "Lənkəran"la üz-üzə gəlib və qələbə qazanıb.

Görüş Sərhədçi İdman Mərkəzində keçirilib.

"Naxçıvan" B qrupunda 2-ci, "Lənkəran" isə sonuncu - 6-cı yerdədir.

ABL, XVIII tur

"Naxçıvan" - "Lənkəran" 104:73 ( 31:14, 29:19, 26:21, 18:19)