UEFA “Qalatasaray” azarkeşlərinin “Liverpul” ilə Çempionlar Liqasının cavab oyununda “Enfild” stadionunda iştirakını qadağan edib.

Offsideplus.az xəbər verir ki, qadağanın səbəbi kimi, “Qalatasaray"ın “Yuventus” ilə oyununda 3-2 hesablı məğlubiyyət zamanı obyekt atılması, fişənglərin işə salınması və izdihamın narahatlıq yaratması göstərilib.

Buna baxmayaraq, “Qalatasaray” rəsmi açıqlama verərək qərara qarşı apellyasiya verəcəyini bildirib.