UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Fənərbağça" klubu "Qornik" klubunun qonağı olub.
İlk görüşdə türkiyəlilər İstanbulda 1 cavabsız qolla qalib gəlmişdilər. Bu görüşdə bərabərlik qeydə alındı.
Nəticədə "Fənərbağça" ümumi hesabda 2:1 qalib gəldi və 3-cü təsnifata yüksəldi. Onların rəqibi "Şturm Qraz" olacaq.
22:00 / "Qornik" 1:1 "Fənərbağça" (ÜMUMİ: 1-2)
Qol: Anderson Talişka (12' - penalti), Mikal Saçek (45+10')


