"Qəbələ" və "Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, mütəxəssis Ukrayna təmsilçisi "Çernomorets"ə baş məşqçi təyin olunub.

61 yaşlı mütəxəssis sabiq klubu ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki “Çernomorets" hazırda Ukrayna 1-ci liqasında 3-cü pillədə qərarlaşıb.