Azərbaycan milli komandasında çıxış edən Ozan Can Kökçü yenidən Niderlandda çıxış edəcək.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Erediviziyaya yeni yüksələn "Volendam"a transfer olub.

O, bu klubla 1+1 illik müqavilə imzalayıb.

Ozan Can başa çatan mövsümü Finlandiyanın HİK klubunda keçirib.

O, Azərbaycan yığmasının heyətində 13 oyuna çıxıb.