Türkiyə yığması DÇ-2026-da iştirak etsə, D qrupunda mübarizə aparacaq.
Offsideplus.az xəbər verir ki, "ay-ulduzlular"ın rəqibləri ev sahibi ABŞ, Avstraliya və Paraqvay yığmaları olacaq.
Türkiyə yığmasının oyun tarixləri də məlum olub:
13 iyun - 08:00 Avstraliya
19 iyun - 08:00 Paraqvay
25 iyun - 06:00 ABŞ
Avstraliya ilə görüş Kanadanın Vankuver şəhərində baş tutacaq. Digər iki oyun isə ABŞ-da olacaq.
Qeyd edək ki, növbəti mundial iyunun 11-dən iyulun 19-na keçiriləcək. Turnirə ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.



