Rusiya FİFA-ya qarşı plan qurub.
Offsideplus.az xəbər verir ki, Beynəlxalq turnirlərdən kənarlaşdırılan Rusiya FIFA-ya təzyiq göstərmək və üzərindəki sanksiyaların qaldırılmasına nail olmaq üçün yeni addım atır.
Məlumata görə, Rusiya 8–12 komandanın iştirakı ilə yalnız öz ərazisində keçiriləcək alternativ Dünya Çempionatı təşkil etməyi təklif edib. Bu komandalar dünya çempionatına vəsiqə qazana bilməyən millilər olacaq.
Turnirin məqsədi beynəlxalq arenada mövqelərini gücləndirmək və futbol ictimaiyyətinin diqqətini cəlb etməkdir.
Layihə reallaşacağı təqdirdə iştirakçı ölkələr belə ola bilər:
Rusiya (ev sahibi)
Çin
Kamerun
Nigeriya
Serbiya
Çili
Yunanıstan
Peru
Venesuela
Hazırda ideya yalnız plan mərhələsindədir və rəsmi təsdiq yoxdur.



