Əfsanəvi futbolçu Luiş Fiqo Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuşun Kriştiano Ronaldonu dünya çempionatının son iki görüşündə ehtiyat oyunçular skamyasında saxlamaq qərarı ilə bağlı danışıb.

Offsideplus.az "Sports.ru"ya istinadən xəbər verir ki, o çalışdırıcının bu addımını səhv adlandırıb:

“Sən Kriştiano Ronaldonu ehtiyat oyunçular skamyasında saxlayıb dünya kubokunu qazana bilməzsən. İsveçrəni məğlub etdin? Əla! Amma bunu hər oyunda edə bilərsən? Xeyr. Kriştianonu ehtiyat oyunçular skamyasında buraxmaq səhv idi, bu məğlubiyyətin məsuliyyəti məşqçinin üzərinə düşür” -  deyə, Fiqo vurğulayıb.

Xatırladaq ki, Ronaldo Portuqaliyanın DÇ-də pley-off mərhələsinin hər iki matçında əsas heyətdə meydana çıxmayıb.

Qeyd edək ki, Fernandu Santuşun komandası 1/4 finalda Mərakeşə (0:1) məğlub olaraq mübarizəni dayandırıb.