UEFA təxminən iki il sonra İsraillə bağlı hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, qurumun gələn həftə İsrailin futbol turnirlərindən kənarlaşdırılıb-kənarlaşdırılmaması barədə qərarını açıqlayacağı gözlənilir.

Mümkün “diskvalifikasiya” qərarı beynəlxalq idman ictimaiyyətində böyük rezonans doğurub. Bildirilir ki, bu addımın, xüsusilə Qəzza ilə bağlı BMT çağırışları və UEFA rəhbərliyindəki əksəriyyətin dəstəyi ilə qəbul ediləcəyi ehtimal olunur.

İsrail isə məsələyə kəskin etiraz edir. Rəsmi Təl-Əviv belə bir qərarın ölkənin futboluna ciddi ziyan vuracağını bəyan edib.

Bəzi media qurumlarının məlumatına görə, ABŞ-nin UEFA-ya göstərdiyi təzyiqlər qərar prosesinə təsir edib və bu səbəbdən yekun qərar gecikdirilib. UEFA İsrailin yarışlardan kənarlaşdırılması ilə bağlı rəsmi mövqeyini gələn həftə açıqlayacaq.

İndi idman ictimaiyyəti UEFA-nın verəcəyi qərarı gözləyir. İsrail futbolunun gələcək taleyinin necə olacağı yaxın günlərdə müəyyənləşəcək.