“FIFA Arena” layihəsi çərçivəsində AFFA daha bir futbol meydançasını istifadəyə verib.
Offsideplus.az xəbər verir ki, 138 nömrəli tam orta məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib. Tədbirdə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, qurumun rəsmi şəxsləri, eləcə də, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Qeyd edək ki, AFFA dünyada “FIFA Arena” layihəsini tamamlayan ilk 11 ölkə arasında yer alır. Milli assosiasiya bundan öncə layihə çərçivəsində 247 nömrəli tam orta məktəbin ərazisində də meydança inşa edib və bu layihədən birbaşa 6000-dən çox şagird faydalanacaq.




