Bu gün klublararası dünya çempionatında birinci yarımfinal görüşü keçiriləcək.

Offsideplus.az xəbər verir ki, ABŞ-ın Nyu Cersi ştatının İst Ruterford şəhərində baş tutacaq oyunda Braziliyanın "Fluminense" komandası İngiltərə təmsilçisi "Çelsi"ni sınağa çəkəcək.

Oyun Bakı vaxtı ilə sat 23-də başlanacaq.

Digər finalçı isə sabah PSJ - "Real Madrid" matçında müəyyənləşəcək.

Klublararası dünya çempionatı, yarımfinal

23:00 "Fluminense" - "Çelsi"

"MetLife" stadionu, İst Ruterford

Baş hakim: Fransua Leteksye (Fransa)