15 yaşadək futbolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, AFFA U-15 Liqasının finalında "Sabah" "Qarabağ"la qüvvəsini sınayıb.
"Bayquşlar" Ağdam təmsilçisini 3:0 hesabı ilə məğlub edərək qızıl medallara layiq görülüb.
3-cü yeri "Neftçi"ni üstələyən (1:0) "Qəbələ" tutub.
Qeyd edək ki, bu, "Sabah" Futbol Akademiyası komandalarının cari mövsümdə 4-cü çempionluğudur. Bundan öncə, "Sabah" Əvəzedicilər Liqasında, AFFA Gənclər Liqasında və Qızlar Liqasında (U-17) qızıl medalları qazanıb.