Braziliya milli komandasının baş məşqçisi təyin olunan Karlo Ançelottinin köməkçilərindən biri məşhur veteran futbolçu, dünya çempionu Kaka ola bilər.

Offsideplus.az xəbər verir ki, italiyalı çalışdırıcı məhz braziliyalını məşqçilər korpusuna cəlb etmək niyyətindədir.

Məlumatı CNN Brasil yayıb.

Ançelottinin artıq qarşı tərəfə təklif göndərdiyi bildirilir.

Qeyd edək ki, Kaka 2 dəfə Ançelottinin rəhbərliyi altında futbol oynayıb. 2006-07-ci illərdə "Milan"da birgə uğurlar qazanan bu şəxslərin yolu daha sonra 2013-cü ildə qısa müddətə "Real"da kəsişib.

Maraqlıdır ki, 2017-ci ildə peşəkar futbolçu karyerasını bitirən Kaka heç yerdə məşqçi işləməyib.

screenshot_20250514_023704_chrome