"Turan Tovuz" klubundan ayrılan Siyanda Xulunun yeni iş yeri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Cənubi Afrika Respublikasından (CAR) olan müdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

31 yaşlı futbolçu "SuperSport" klubu ilə anlaşıb.

Qeyd edək ki, CAR millisinin kapitanı ötən ilin avqustundan "Turan Tovuz"da oynayırdı.