"Şamaxı"da hələ də qeyri-müəyyənlik davam edir.

Bir sıra oyunçular komandanı tərk etdilər, bəziləri isə yeni gələcək rəhbərliyin qərarını gözləyir. Bunlardan biri də Kərim Diniyevdir.

28 yaşlı müdafiəçi Offsideplus.az-a açıqlamasında məsələ barədə bunları dedi: "Zaur müəllimin istefasından bir gün qabaq rəhbərlikdən zəng gəldi və yeni müqavilə barədə danışmaq üçün məni çağırdılar. Lakin qismətdən sözügedən gün Zaur Axundov vəzifəsindən getdi. Hələ də komandada qeyri-müəyyənlikdir".

Diniyev təkliflərin olub-olmaması haqda da danışdı:

"Nə yalan deyim, təklif yoxdur. Hələ ki, gözləyirəm".

Cavid Əliyev