Xorvatiya millisinin və "İnter"in futbolçusu İvan Perişiçi məşhur klublar heyətinə qatmaq istəyir.

Offsideplus.az xəbər verir ki, "Çelsi" "Tottenhem" və "Arsenal" 32 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Milan təmsilçisi bu mövsümün sonu müqaviləsi başa çatacaq olan oyunçunu pulsuz göndərmək istəmir.

Buna görə də xorvatiyalı oyunçunun qışda komandadan ayrılmaq ehtimalı yüksəkdir.

Qeyd edək ki, İvan Perişiç 2015-ci ildən "İnter"in şərəfini qoruyur.