III MDB Oyunlarının rəsmi açılış mərasimi bu gün gerçəkləşəcək.
Offsideplus.az xəbər verir ki, Gəncə Şəhər Stadionunda baş tutacaq tədbir saat 19:00-da başlayacaq.
Açılış mərasimində Azərbaycanın bayraqdarları karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə olacaq.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunları Azərbaycanın yeddi şəhərində keçirilir: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Turnirə oktyabrın 8-də yekun vurulacaq. Bağlanış mərasimi də Gəncə şəhər stadionunda olacaq.



