"Çelsi"nin gənc istedadı Estevao Kilian Mbappe və Erlinq Haaladın uğurunu təkrarlayıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu 19 yaş və ya daha aşağı yaşlarda start heyətində çıxdığı ilk 3 Çempionlar Liqası matçında qol vuran üçüncü futbolçu olub.
O, ötən gün "Barselona" ilə matçda komandasının 2-ci qolunu vurub.
Braziliyalı daha əvvəl "Ayaks" və "Qarabağ"la matçlarda da fərqlənməyi bacarmışdı.
Qeyd edək ki, 18 yaşlı Estevao bu ilin yayında "Çelsi"yə qoşulub. O, cari mövsüm 15 oyunda 4 qol vurmağı bacarıb.



